• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1806
— 02.02.2017 13:49

“Barselona” finala yaxınlaşdı

İspaniya kubokunda yarımfinal mərhələsinə start verilib. Mərhələnin ilk oyununda Madrid “Atletiko”su “Barselona”nı qəbul edib. Oyunda hesabı qonaqlar açıb. Luis Suares 7-ci dəqiqədə “Barsa”nı hesabda önə keçirib. Bərabərlik axtarışında olan ev sahiblərinin səyləri bir nəticə verməyincə katalonlar 33-cü dəqiqədə Lionel Messi ilə hesab arasındakı fərqi ikiyə yüksəldiblər.

Antuan Qrizmann 59-cu dəqiqədə hesab arasındakı fərqi azaltsa da, Madrid klubunun bundan artığına gücü çatmayıb. Beləliklə, səfər oyununda 2:1 hesabıyla qalib gələn “Barsa” finala doğru mühüm addım atıb.

Bu komandalar arasında cavab oyunu fevralın 8-də, “Nou Kamp”da baş tutacaq.

1 fevral

Atletiko - Barselona 1:2

Qol: Qrizmann, 59 - Suares, 6. Messi, 33.

Azad Rəfi