• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2347
— 02.02.2017 13:55

İngiltərə Premyer Liqasında XXIII tura yekun vurulub

Turun son oyun günündə iddialı Mançester klubları meydana çıxıb. Bu şəhərin komandalarının iştirakı ilə keçirilən oyunlarda fərqli nəticələr qeydə alınıb. “Mançester Yunayted” “Hall Siti”nin müqavimətini qıra bilməyib. Növbəti xal itikisi Maurinyonun yetirmələrini əsas rəqiblərdən geri salıb. 

“Mançester Siti” isə səfərdə “Vest Hem”lə oyunda arzulanan nəticəni qazanıb. Görüş boyu meydan sahiblərindən üstün oyun nümayiş etdirən şəhərlilər 4 qollu qələbə ilə azarkeşlərini sevindirib. Qonaqlar fasiləyə kimi matçın taleyinə böyük ölçüdə aydınlıq gətiriblər. Kevin de Breyne ilə hesabı açan şeyxlərin komandası David Silva ilə fərqi artırıblar. Fasiləyə az qalmış Sitinin yeni transferi, braziliyalı Qabriel Jesus 3-cü topu rəqib qapısından keçirib. Oyunda son nöqtəni ikinci hissədə Yaya Ture qoyub. Yarımmüdafiəçi qayda pozuntusuna görə təyin olunan 11 metrliyi dəqiq yerinə yetirib.  

1 fevral

Vest Hem - Mançester Siti 0:4

Mançester Yunayted - Hall Siti 0:0

Stok Siti - Everton 1:1

Azad Rəfi