• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1487
— 02.02.2017 12:25

İçərisində 19 ton tərəvəz olan yük maşını yandı

KepezTV Player

Astara rayonunda Rusiyaya məxsus içərisində 19 ton xiyar olan yük maşını yanıb. Hadisə rayonun Təngərüd kəndi ərazisində baş verib. Rusiyanın Dağıstan Respublikasının vətəndaşı, 51 yaşlı Əli Hapışovun idarə etdiyi "Reno - TIR" markalı yük maşını hərəkətdə olarkən sürücü kabinəsində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Onların səyi ilə alovun qarşısı alınıb. Xəsarət alan olmasa da, məhsulun xeyli hissəsi yararsız hala düşüb, nəqliyyat vasitəsinə ziyan dəyib. Hadisənin başvermə səbəbləri araşdırılır.

 

Zülfiyyə Telmanqızı