• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1917
— 01.02.2017 23:51

Odlu silah-sursatın aşkar edilməsi istiqamətində daha bir uğurlu əməliyyat keçirilib

KepezTV Player

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhər sakini Əhməd Əlizadədə silah olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində şəxsin yaşadığı ünvana baxış zamanı oradan “TT” markalı tapança və ona aid 2 ədəd patron aşkar edilərək götürülüb. Daha bir uğurlu əməliyyatla Binəqədi rayon sakini Elgiz Abdullayev saxlanılıb. Onun üzərinə baxış zamanı bir ədəd “Makarov” markalı tapança, həmin tapançaya aid 6 ədəd patron və sandıqça aşkar edilərək götürülüb. Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə əvvəllər məhkum olunmuş Aqil Abbasov saxlanılıb. Onun əlindəki çantaya baxış zamanı içərisində nömrəsi silinmiş “AKMS” markalı avtomat silahı, 26 ədəd avtomat patronu və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.

Əllərdə saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində daha bir uğurlu əməliyyat-axtarış tədbiri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilib. Nəticədə Bakı şəhər sakini, Ramin Fərəcullayevdən “AKS-74” markalı avtomat silahı, 600 ədəd avtomat patronu və 3 ədəd patron darağı aşkar edilərək götürülüb. Ramin Fərəcullayev əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək, dəfələrlə məhkum olunub. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.