• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1175
— 01.02.2017 18:35

Ölkədə ölümlə nəticələnən 3 yanğın hadisəsi baş verib

KepezTV Player

 Ağdaşda bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib. Rayonun Qarağansədi kəndində 89 yaşlı Səfər Mustafayevə məxsus ev qəfildən alovlanıb. Ümumi sahəsi 86 kvadrat olan tikilinin 62 kvadratmetri yararsız hala düşüb.  Ağdaş Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi əraziyə cəlb olunub. Evin qalan hissəsi və ətrafdakı tikililər alovdan qorunub. İçəriyə baxış keçirilən zaman oradan ev sahibi Səfər Mustafeyevin yanmış cəsədi aşkarlanıb. 

Masallı rayonunun İsgəndərli kəndində Ramal Abdulhüseynova məxsus evdə də yanğın hadisəsi baş verib. Ev sahibləri içəridə olsalar da, hadisədən  gec xəbər tutublar. Fövqaladə Hallar Nazirliyinin Masallı Dövlət Yanğından mühafizə şöbəsinin yanğınsöndürənləri əraziyə cəlb olunublar və ailə üzvləri yanan evdən xilas edilib. Xəsarət alan 30 yaşlı Ramil Abdülhüseynova lazımi tibbi yardım göstərilib, o rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir. 1 mərtəbəli, 5 otaqlı tikilnin 3 otağı içindəki əşyalarla birlikdə yararsız hala düşsə də, evin qalan hissəsi alovdan qorunub.  

Gəncə şəhəri Səfəvilər küçəsi 4-cü döngədə yerləşən Abbas Abbasova məxsus 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evində də yanğın baş verib. Alovun söndürülməsi üçün Gəncə Yanğından Mühafizə İdarəsinin 6 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Evin dam hissəsinə zərər dəyib. Xəsarət alan yoxdur. Faktlar araşdırılır.