• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 762
— 01.02.2017 16:39

Futbol üzrə İngiltərə Premyer Liqasında 23-cü tura start verilib

Turun ilk oyun günündə 7 oyun baş tutub.

"Arsenal" gözlənilmədən evdə "Uotford"a uduzub - 1:2. İlk yarının əvvəli qonaqlar üçün düşərli olub. Çempionatın ortabab komandası qısa fasilə ilə topçuları iki dəfə məyus edib. Öncə Yunes Kabul hesabı açıb, daha sonra Troy Dini fərqi artırıb. Fasilədən sonra oyunu xilas etməyə çalışan Arsenal məğlubiyyətdən yaxa qurtara bilməyib. Komandanın gücü yalnız təsəlli qoluna çatıb. Aleks İvobi paytaxt klubunu ümidləndirsə də, oyun sarı ordunun 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Arsenalın xal itirməsindən "Tottenhem" istifadə edə bilməyib. Hotspurluların əsas izləyicisindən aralanmaq fürsəti olsa da, Maurisio Poçetininin yetirmələri səfərdə "Sanderlend"lə qolsuz bərabərə qalıb.  

Günün ən maraqla ən gözlənilən oyunu Liverpulda keçirilib. Burda “Liverpul” “Çelsi”ni qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə sonuclanıb. İlk yarıda David Luizlə hesabı açan zədaganlar ikinci hissədə meydan sahiblərinin bərabərlik qoluna əngəl ola bilməyiblər. Corcinyo Veynaldum dəqiq zərbə ilə status-kvonu yaxalayıb. Bununla belə Antonio Kontenin komandasının qələbə qazanmaq üçün əla imkanı olub. Amma 77-ci dəqiqədə Dieqo Kosta özünə qarşı kobudluğa görə təyin olunan 11 metrlik cərimə zərbəsindən hədəfə düşə bilməyib. Bu nəticəyə baxmayaraq Çelsi zirvədə toxunulmazdır.

İngiltərə Premyer Liqası

XXIII tur

31 yanvar

 

“Arsenal” – “Uotford” - 1:2

Qollar: İvobi, 58 - Kabul, 11, Deni, 14
 

“Bornmut” – “Kristal Pelas” - 0:2

Qollar: Dann, 47, Benteke, 90+2
 

“Bernli” – “Lester” - 1:0

Qol: Vokes, 87
 

“Midlsbro” – “Vest Bromviç” - 1:1

Qollar: Neqredo, 16 - Morrison, 6
 

“Sanderlend” – “Tottenhem” - 0:0
 

“Suonsi” – “Sautqempton” - 2:1

Qollar: Mauson, 38, Siqurdsson, 70 - Lonq, 57

 

“Liverpul” – “Çelsi” - 1:1

Qollar: Viynaldum, 57 - David Luiz, 24

 

Azad Rəfi