• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1426
— 01.02.2017 16:37

Badminton məşqçiləri üçün seminar keçirilib

Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı ilə Bakıda məşqçilər üçün təlim kursları keçirilib. 3 gün davam edən kurslar məşqçilərin ixtisasının artırılması məqsədilə təşkil olunub. Təlimlərdə İsveç, İngiltərə, Almaniya, Niderland, Belarus və İspaniyadan olan mütəxəssislər iştirak ediblər. Seminarın ilk günü əsasən nəzəriyyədən, ikinci günü praktikadan, sonuncu gün isə imtahandan ibarət olub.

Kursu uğurla bitirən iştirakçılar badminton müəllimi, badminton məsləhətçisi, birinci dərəcəli məşqçi və ya ekspert sertifikatı ilə təltif olunublar.

Azad Rəfi