• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2185
— 01.02.2017 13:54

Ata qızının qatilinə çevrildi

KepezTV Player

Qubada ailə faciəsi yaşanıb. Ata azyaşlı qızının canına qıyıb.

Qətl hadisəsi Quba rayonunun Alpan kəndində qeydə alınıb. Kənd sakini Əşrəf Süleymanov qızı 13 yaşlı Safuranı bıçaqlayaraq qətlə yetirib. Qohumları atanın ruhi xəstə olduğunu bildirib.

Azyaşlı qızını öldürən Əşrəf Süleymanov Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qızını qətlə yetirən Əşrəf Süleymanov həyat yoldaşından ayrılıb. Onların 2-ci qızı isə anası ilə birgə yaşayır. Hadisənin dəqiq baş vermə səbəbləri araşdırılır.

Zülfiyyə Telmanqızı