Sumqayıtda elektrik sayğaclarını yandıran şəxs saxlanılıb. Hadisə bir neçə gün öncə Sumqayıt şəhəri 1-ci mikrorayon Nərimanov küçəsi 45a / 19a ünvanında qeydə alınıb. Belə ki, gecə saatlarında qəflətən elektik sayğaclarında yanğın baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun qarşısını ala bilsələr də 30-dan çox elektrik sayğacı sıradan çıxıb. Araşdırmalar zamanı sayğacların hər hansı bir qəzadan deyil, bilərəkdən yandırıldığı qənaətinə gəlinib. Faktla bağlı Sumqayıt şəhər polis idarəsi 4-cü polis bölməsinin əməkdaşları araşdırmalara başlayıblar. Məlum olub ki, hadisəni törədən Sumqayıt sakini 18 yaşlı Pərviz Qasımovdur. Keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində şübhəli şəxs yaxalanaraq istintaqa təhvil verilib. Onun ruhi-əsəb xəstəsi olduğu bildirilib. Faktla bağlı başlanan araşdırmalar davam edir.
Zülfiyyə Telmanqızı
- Baxış: 467