• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 816
— 01.02.2017 09:07

Qərb bölgəsinə yağan qar magistral yolda avtomobillərin hərəkətini çətinləşdirib

Müşahidə olunan qarlı-şaxtalı hava qərb bölgəsinin dağ rayonları ilə  yanaşı, digər ərazilərdə də bir sıra fəsadlar yaradıb. Respublika əhəmiyyətli Bak-Qazax-Gürcüstanla dövlət sərhədi avtomagistarlının Şəmkirdən Gürcüstan sərhədinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Qəzaların qarşısını almaq üçün Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının əməkdaşları, eləcə də yol təsərrüfatı işçiləri gecə saatlarından fasiləsiz iş rejimində çalışırlar.  9-cu tağımdan bildirildiyinə görə, xidməti ərazidə hərəkət çətinləşsə də, qabaqlayıcı tədbirlər nəticəsində heç bir yol qəzasına rast gəlinməyib. Qarlı-şaxtalı hava Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy, Daşkəsən, Göygöl və Samux rayonlarında  kəndlərin  yol təsərrüfatında müəyyən fəsadlar yaradıb.  Problemlərin aradan qalıdırılması üçün qabaqlayıcı tədbirlər görülür. Yaşayış məntəqələrində elektrik enerjisi və təbii qazın verilişində fasilə yaranmayıb. Rayon Fövqəladə Hallar komissiyaları mövcud vəziyyəti nəzarətdə saxlayırlar.

Natiq Hüseyn