• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1286
— 31.01.2017 12:56

Bakıda yaşlı kişini və gənc qızı avtomobil vurdu

KepezTV Player

Paytaxtda yolu keçən piyadalar mənzil başına yox, xəstəxanaya çatdırılmalı olublar. Hadisələrdən birində 70 yaşlı kişini, digərində isə 21 yaşlı qadını avtomobil vurub.

Bakının Nizami rayonunda yol nəqliyyat hadisəsi baş verib. Rayon ərazisində naməlum avtomobil yolu keçmək istəyən piyadanı vurub. Piyada 21 yaşlı Sürayyə Vəliyeva hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırlıb. Ona tibbi yardım göstərilib. Həkimlər piyadanın həyatı üçün təhlükə olmadığını bildiriblər. Polis əməkdaşları hadisəni törədən sürücünü müəyyən etmək üçün əməliyyat axtarış tədbirləri həyata keçirirlər.

Abşeron rayonunda da piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Digah qəsəbəsində qeydə alınıb. 70 yaşlı Rüstəm İsgəndərov çoxsaylı xəsarətlərlə xəstəxanaya gətirilib. Yaralıya tibbi yardım göstərilib və palataya yerləşdirilib. Rüstəm İsgəndərov ifadəsində bildirib ki, yolu keçən zaman onu avtomobil vurub və sürücü hadisə yerindən uzaqlaşıb. Havanın qaranlıq olması səbəbindən avtomobilin dövlət nömrə nişanını görə bilməyib. Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
Zülfiyyə Telmanqızı