Futbol üzrə İspaniya La Liqasında 20-ci tur arxada qalıb. Turun son oyun günündə “Las Palmas” – “Valensiya” matçı keçirilib. Matçın əvvəlində Santi Minanın qolu ilə məğlub duruma düşən ev sahibləri tədricən özlərinə gələrək toparlanmağı bacarıblar. Bunun nəticəsi olaraq fasiləyə az qalmış hesab bərabərləşib. Jonatan Viera status-kvonu yaxalayıb. İkinci hissənin əvvəlində Munir Əl Həddadinin qırmızı vərəqə alması ilə azlıqda qalan yarasalar rəqib önündə müdafiə olunmaqda çətinlik çəkiblər. Və çox keçmədən Las Palmas futbolçuları qısa zaman kəsiyində vurduqları iki qolla matçın nəticəsini öz xeyrlərinə həll ediblər. Əvvəlcə Maurisio Lemos komandasını hesabda önə keçirib, daha sonra isə Kevin Prins Boatenq qələbə hesabını möhkəmləndirib. 3:1.
30 yanvar
Las Palmas - Valensiya 3:1
Qol: Conatan Viera, 42. Maurisio Lemos, 57. Boatenq, 61 - Santi Mina, 21.
Azad Rəfi
- Baxış: 346