• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1193
— 31.01.2017 11:54

Futbol üzrə Türkiyə Super Liqasında XIX tura yekun vurulub

Son oyun günündə 2 qarşılaşma baş tutub.

"Beşiktaş" öz meydanında "Konyaspor"u darmadağın edib. İstanbul təmsilçisi 5:1 hesablı qələbə sayəsində zirvəyə yüksəlib. Yeni transfer Rayan Babellə hesabı açan qara qartal ilk yarıda Oğuzxan Özyabuqun qolu ilə fasiləyə rahat yollanıb. İkinici hissədə Cenk Tosun fərdi bacarığını ortaya qoyaraq 3 dəfə fərqlənməklə het-trik müəllifi olub. 50-ci dəqiqədə ilk qolunu vuran son mövsümün ən sərrast oyunçusu 6 dəqiqə sonra yenidən səhnəyə çıxıb. O, bu dəfə hava ötürməsini başla qapıdan keçirib. Bir qədər sonra hesab arasındakı fərq azalıb. Rəqibin zərbəsinə uğursuz şəkildə ayaq qoyan Duşko Tosiç avtoqola imza atıb. Oyunda son nöqtəni 83-cü dəqiqədə Cenk Tosun qoyub. Çempionatın bombardiri qayda pozuntusuna görə təyin olunan penaltini qola çevirib. 

Günün digər görüşündə "Adanaspor" öz meydanında "Kasımpaşa"nı xalsız qoyub. Meydan sahibləri 2:0 hesablı qələbəyə sevinib. Görüş həm də az öncə "Qarabağ"dan ayrılan Reynaldonun Superliqada debüt etməsiylə yadda qalıb. Braziliyalı meydana ikinci hissədə çıxıb. O,  63-cü dəqiqədə komanda yoldaşını əvəzləyib. Reynaldo debüt oyununda qol vurmağa da yaxın olub. Amma rəqib qapıçı ilə təkbətək çıxan futbolçu onunla dueldən məğlub ayrılıb.  

Türkiyə superliqası, 19-cu tur

30 yanvar

“Adanaspor” – “Kasımpaşa”  - 2:0
Qollar: Roni, 5; Digao, 60

“Beşiktaş” – “Konyaspor” - 5:1
Qollar: Babel, 9 (1:0), Özyaqub, 28 (2:0),  Cenk Tosun, 50 (3:0), 56 (4:0)  Toşiç, 64-avtoqol (4:1), Cenk Tosun, 83 (5:1)

 

1.

Beşiktaş

19

13

5

1

39:15

44

2.

Başakşəhər

19

12

6

1

37:12

42

3.

Qalatasaray

19

12

3

4

38:18

39

4.

Fənərbaxça

19

10

5

4

38:18

35

5.

Antalyaspor

19

9

4

6

23:22

31

6.

Osmanlıspor

19

6

9

4

23:21

27

7.

Konyaspor

19

7

6

6

23:23

27

8.

Bursaspor

19

8

3

8

21:21

27

9.

Trabzonspor

19

8

3

8

19:21

27

10.

Karabükspor

19

7

3

9

22:27

24

11.

Gənclərbirliyi

18

5

8

5

17:16

23

12.

Kasımpaşa

19

6

3

10

21:28

21

13.

Akhisar

19

5

6

8

11:24

21

14.

Rizespor

19

5

4

10

20:31

19

15.

Alanyaspor

19

5

3

11

26:40

18

16.

Adanaspor

19

4

5

10

18:26

17

17.

Kayserispor

19

4

4

11

18:32

16

18.

Qaziantepspor

18

3

2

13

15:34

11

Orxan Cəfərzadə