Milli basketbolçu Amil Həmzəyevin şərəfini qoruduğu “Kremen” klubu Ukrayna çempionatında növbəti oyununu keçirib. Həmyerlimizin komandası 23-cü turda doğma meydanda “Ximik” ilə qarşılaşıb. Ölkə çempionu ilə Kremençuk kollektivi üçün asan olmayıb. Meydan sahiblərinin bütün cəhdlərinə baxmayaraq qonaqlar rəqibini bütün komponentlərdə üstələyərək qələbə qazanıblar.
4 periodun nəticəsinə əsasən, “Ximik” 96-68 hesabı ilə qələbə qazanıb. Məğlubiyyətinə baxmayaraq Amil yenə komandasının ən yaxşı basketbolçusu olub. Gəncə basketbol məktəbinin yetirməsi meydanda 32 dəqiqə 47 saniyə əzrində 15 xal toplayıb və 6 dəfə top alıb. 23 oyundan sonra 30 xalla 9-cudur.
Azad Rəfi
- Baxış: 317