Bluetooth qulaqlıqlar, adi naqilli qulaqlıqlardan üstün olsa da, bir xüsusiyyətə görə geridə qalırlar. Bu əsas xüsusiyyət isə naqilsiz qulaqlıqların lazımi qədər enerji saxlaya bilməmələridir. Orta hesabla bu cür qulaqlıqları gün ərzində bir dəfə enerji ilə doldurmaq lazımdır. “Sola” adlı startap, bu problemi aradan qaldırmaq üçün maraqlı üsul fikirləşib. Belə ki, o öz naqilsiz qulaqlıqlarına, enerji üçün nəzərdə tutulmuş kiçik günəş paneli yerləşdirib. Sözügedən qulaqlıq, başın arxa hissəsinə taxılması üçün standart formada hazırlanıb. Startapçıların sözlərinə görə, günəş işığında qulaqlıqların iş rejimi 25-30% artır. İnteqrasiya olunmuş yeni sistemə baxmayaraq, qulaqlıqlar çox yüngül alınıb. Onlar mikrofon, 200 mAh enerji tutumlu batareya və USB girişi ilə təchiz olunublar. Bir maraqlı özəllik isə “Sola” qulaqlıqlarının səsboğma funksiyasına malik olmalarıdır. Layihə artıq “Indıegogo” platformasındadır. Startapçılar 30.000$ toplayıblar ki, bu da lazım olan vəsaitin 1/3-i deməkdir. İlk alıcılara qulaqlıq 29$-a başa gələcək. Satışlar isə bu ilin iyul ayından başlayacaq.
Cavanşir Məmmədzadə
- Baxış: 497