• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 824
— 30.01.2017 20:08

Goranboyda evdə partlayış: ana və uşaqları yaralandılar

KepezTV Player

Goranboy rayonunun Quşçular kəndində fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış baş verib. Nəticədə 28 yaşlı Vəfa Məmmədova və onun övladları – Kənan və Filiz Məmmədovalar müxtəlif bədən xəsarətləri alıblar. Qadın Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, uşaqlar isə Bakıdakı tibb müəssisələrindən birinə  göndərilib. 

Məharət Kərimov- həkim: "Goranboyun kəndindən birbaşa reanimasiya şöbəsinə  2 nəfər xəstə gətirlib. Bir böyük, bir azyaşlı gətirilib. Uşaq Uşaq Xəstəxanasına göndərilib, böyüyə də tibbi yardım göstərilib. Hər iki nəfərin Bakı Şəhər Yanıq Mərkəzinə göndərilməsi məsləhət görülüb".

Elnur Vahidoğlu