• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 902
— 30.01.2017 14:01

17 yaşlı gənc yazar Məhəmməd Turanın ilk kitabının təqdimatı olub

KepezTV Player

Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin təşkilatçılığı ilə17 yaşlı gənc yazar Məhəmməd Turanın ilk kitabının təqdimatı olub.  “Şeir sevgilim” adlı şeirlər toplusunda gənc müəllifin bir il ərzində yazdığı əsərlər yer alıb. Həm klassik, həm müasir ənənələrlə yazılmış şeirlər, janr üslubu və mövzu baxımından rəngarəngdir. Bir ay ərzində hazırlanan kitabda qoşma, gəraylı, təcnis, hecada yazılmış lirik şeirlər, sərbəst şeirlər toplanıb. Gənc yazarı təbrik edən ədiblər gənc səbəbkara gələcək işlərində uğurlar arzulayıblar.

Mehman Abbaszadə