• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1847
— 30.01.2017 13:39

İspaniya La Liqasında 20-ci turun oyunları keçirilir

Turnir cədvəlinin zirvəsində qərarlaşmış komandalar dünən meydana çıxıb. “Barselona” səfərdə “Betis”lə üz-üzə gəlib. Oyunun gedişində Aleks Aleqriyanın qolu ilə yenik duruma düşən katalonlar epizodların birində qol vursalar da, hakim az qala arxa tora toxunan topun qapı xəttini keçmədiyini bildirərək mərkəzi göstərməyib. Bununla belə, çətin səfərdə Barsa Luis Suaresin son dəqiqədə vurduğu qolla 1 xal qazanıb.

Lider “Real” isə evdə “Real Sosyedad”ı məğlub edib. Kral klubu rəqibin qapısından 3 cavabsız qol keçirib. İlk yarıda Mateo Kovaçiçlə oyunun axarını dəyişən madridlilər ikinci hissədə Ronaldo ilə hesab arasındakı fərqi artırıblar. Matçın sonuna az qalmış isə Alvaro Morata rəqibi 3-cü dəfə məyus edib. Bu qələbə ilə qalaktikos ən yaxın izləyicilərini 4 xal qabaqlayır. 

İspaniya La Liqası, 20-ci tur

Osasuna - Malaqa 1:1

Vilyarreal - Qranada 2:0

Alaves - Atletiko 0:0

Eybar - Deportivo 3:1

Leqanes - Selta 0:2

Betis - Barselona 1:1

Espanyol - Sevilya 3:1

Atletik - Sportinq 2:1

Real - Real Sosyedad 3:0

30 yanvar

23:45 Las Palmas – Valensiya

Azad Rəfi