• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 910
— 30.01.2017 13:27

İtaliya A seriyasında 22-ci turun oyunları reallaşıb

Turun ilk oyununda medallar uğrunda mübarizə aparan “Latsio” gözlənilmədən evdə ortabablardan sayılan “KyevoVerona”ya uduzub. 90-cı dəqiqədə Roberto İnqilesenin qolu oyunda yeganə olub.

Son vaxtlar əvvəlki günlərinə geri dönməyə çalışan və hələlik yaxşı da təsir bağışlayan “İnter” evdə “Peskara”nı 3:0 hesabıyla məğlub edib. Stefano Piolinin yetirmələri ilk yarıda iki, fasilədən sonra 1 dəfə fərqləniblər. Quru hesabı Danilo D'Ambrozionun qolu ilə dəyişən istirahətə az qalmış Joao Mario ilə fərqi artırıblar. Oyunda yekun nəticəni Ederin hədəfə düşən zərbəsi müəyyənləşdirib. Bununla da, "Neradzurra" cari mövsümdə qələbə seriyasını 7-yə çatdırıb.

Çempionatın lideri Yuventus Sassuolo səfərində elə də əziyyət çəkməyib. Qoca sinyora iki qolla matçın taleyini öz xeyrinə həll edib. Yuve qarşıya qoyulan vəzifənin öhdəsindən ilk yarıda gəlib. Qonzalo İquayn və Sami Xediranın qolları qonaqlara qələbə qazandırıb.

Qızıl medallara oynayan Napoli hesabat turunda gözlənilmədən bir xalla kifayətlənib. Neapol klubu A seriyasının autsayderi Palermonun müqavimətini qıra bilməyib. Oyunun əvəlində İlya Nestorovskinin qolu ilə məğlub duruma düşən meydan sahibləri yalnız fasilədən sonra bərabərlik qolunu vurublar. Dris Mertens tablodakı rəqəmləri eyniləşdirib.

 

İtaliya A seriyası, 22-ci tur

Latsio - Kyevo 0:1

İnter - Peskara 3:0

Torino - Atalanta 1:1

Kalyari - Bolonya 1:1

Krotone - Empoli 4:1

Fiorentina - Cenoa 3:3

Sampdoriya - Roma 3:2

Sassuolo - Yuventus 0:2

Udineze - Milan 2:1

Napoli - Palermo 1:1

Azad Rəfi