• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1619
— 30.01.2017 12:54

İtaliyada 13 medal

İtaliyanın Liqnano şəhərində ənənəvi "Alpe Adrea" beynəlxalq cüdo turniri keçirilib. 22-ci dəfə baş tutan yarışda Avropanın müxtəlif ölkələrindən 1046 gənc idmançı mübarizə aparıb. Tatami ustalarımız Apenin yarımadasında 5 qızıl, 4 gümüş və 4 bürünc medala yiyələniblər.

Hacı Musayev (55 kq), Kəramət Hüseynov  (60 kq), İsmayıl İbrahimov  (66 kq), Hasil Cəfərov  (73 kq) və Aslan Mirzəyev  (90 kq) komandamıza qızıl medal qazandırıb.

Natiq Qurbanlı (60 kq), Naim Hüseynov (81 kq), Azər Yaqubov (90 kq), Ayxan Cəfərov (+100 kq) gümüş, Tofiq Məmmədov (60 kq), Murad Heydərli (60 kq), Vüsal Cəmilzadə (73 kq) və Samir Ağayev (81 kq) yarışı bürünc medalla başa vurub.

13 medala sahib çıxan gənclərdən ibarət milli komandamız bu nəticəylə ümumi hesabda 1-ci yeri tutub.

Orxan Cəfərzadə