• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1122
— 30.01.2017 12:50

Qaxda fərdi yaşayış evində yanğın olub

KepezTV Player

Rayonun Əlibəyli kəndində, kənd sakini Eqnate Barixaşviliyə məxsus ümumi sahəsi 168 kv/m olan 5 otaqlı evdə yanğın baş verib. Hadisə yerinə gələn Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti evin təmamilə yanmasının qarşısını alıb. Yanğın nəticəsində evin 1 otağının tavan və çardaq hissəsi 40 kv-metr sahədə yanıb. Digər otaqlar, həyətdə olan yardımçı tikili yanğından mühafizə olunub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Yanğının odun sobasından düşən od nəticəsində baş verməsi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

Ruhəngiz Hacızadə