2016-cı ildə Bakı-Qazax magistralının Tovuz rayonu ərazisindən keçən hissəsində 1 nəfərin ölümü ilə nəticələnən 1 ağır yol nəqliyyat hadisəsi baş verib. Lakin, yüngül qəzalar və yol hərəkət qaydalarının kobud şəkildə pozulması tez-tez müşahidə olunur. Yanvar ayı ərzində Gəncə-Qazax magistralında sürücülər tərəfindən 1420 qayda pozuntusunun protokollaşdırılması belə deməyə əsas verir. Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının komandiri Aqil Məmmədov Tovuz rayonunun Düz Qırıqlı kəndində keçirilən görüşdə bu məqamlara toxunub. Sürücülük hüququ olmadan sükan arxasına əyləşmə, manevretmə qaydalarının pozulması, avtomobili sərxoş halda idarəetmə sonda bəzi sürücülər üçün balla qiymətləndirmə ilə yekunlaşıb. Düz Qırıqlı ilə yanaşı, Əyyublu və Cəlilli kəndlərinin, eləcə də Qovlar şəhərinin sakinləri onları narahat edən məsələləri qaldırıb, təkliflərlə çıxış ediblər.
Natiq Hüseyn
- Baxış: 669