"Yüksəklik” standart oyunlardan fərqli olaraq, həyəcanı son zərrəsinə qədər hiss etməyə imkan yaradır. Oyun Fərid Yusifoğlu və komandası tərəfindən hazırlanıb. Məqsəd, “Virtual Reallıq” oyun bazarını Azərbaycanda tanıtmaq və inkişaf etdirməkdir. Məzmun və qaydalar belədir: oyun döyüş-atraksiyon xarakterlidir. Oyun zamanı oyunçu səngərə daxil olur və pulemyot vasitəsi ilə düşmənlərinin əks hücumlarına cavab verir. Oyunçu üçün özəl hazırlanmış stenddə yerləşən pulemyot vasitəsi ilə atəşlər həm VR, həm də real olaraq idarə olunur. Oyunun başlanğıcında oyunçu 5 qumbara, 100 güllə ilə təmin olunur və performasına əsasən davamlı olaraq güllələrin, canların sayı artıb-azalır, hər dalğa keçidi zamanı oyun daha da gərginləşməyə başlayır, şərtlər dəyişir, xallar hesablanır, rütbələr verilir və reytinq cədvəlində iştirakçı adları ilə birlikdə nəticələr qeyd olunur. Bu göstəricilərə əsasən, iştirakçılarla davamlı olaraq müxtəlif tipli viktorinalar, müsabiqələr həyata keçirilir. Oyunda istifadə olunan 3D dizayn, proqramlaşdırma, səs effektləri və digər detallar yerli mütəxəssislərimiz tərəfindən həyata keçirilib. Yəni, oyun tamamilə yerli məhsuldur. Yaradıcılarının verdiyi məlumata əsasən, irəlidə "Yüksəklik” oyununa yeni silahlar, döyüş səhnələri, çətin mərhələlərin yerləşdirilməsi də planlaşdırılır.
Cavanşir Məmmədzadə
- Baxış: 518