• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1701
— 28.01.2017 23:54

Şəmkirdə həmkəndlilər arasında dava olub

Hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb. Bir neçə nəfərin dalaşdığı hadisə zamanı kənd sakini, 37 yaşlı İsmayıl Hüseynov və onun qohumu, 48 yaşlı Ələmdar Hüseynov müxtəlif bədən xəsarətləri alıblar. Zərərçəkmişlər  Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara dərhal tibbi yardım göstərilib. Vəziyyətləri normal olduğundan qohumlar ambulator müalicəyə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Vüsalə Camal