• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1831
— 28.01.2017 10:02

“Nissan GT-R” Hindistanın sərhədlərini çəkdi

“Nissan”ın Hindistandakı ofisi ölkənin Respublika gününə həsr olunmuş maraqlı layihə reallaşdırıb. “Superkar GT-R” dünyanın ən böyük quru gölündə Hindistanın xəritəsini çəkib. Racastan ştatında hazırlanan bu “xəritə”nin uzunluğu 3 kilometr, eni isə 2,8 km təşkil edir. “Nissan” maşını ilə çəkilən Hindistan sərhədləri ümumilikdə 14,7 km-dir. Bu göstəricilər Ginnesin rekordlar kitabının analoqu olan Hindistanın Limka rekordlar kitabına düşüb.

Cavanşir Məmmədzadə