• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1448
— 28.01.2017 09:31

Gəncəyə qar yağıb

KepezTV Player

Dünən axşamdan yağmağa başlayan zəif qar tədricən güclənib, şəhər mərkəzində qalınlığı təxminən 3 santimetrə çatıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, qərb bölgəsində yağıntılı hava şəraiti qarşıdakı 2 gün ərzində davam edəcək.

Gəncədə qarın yollarda nəqliyyat vasitələrinin hərəkətində problem yaratmaması üçün artıq işlərə başlanıb. Şəhərin küçə və prospektlərinə aidiyyəti qurumların texnikası və canlı qüvvəsi cəlb olunub, yollara qum-duz, torpaq səpilir. Gəncə Şəhər İcra Hakimyyəti başçısının təsərrüfat işləri üzrə müavini Mikayıl Zeynalov “ARB Kəpəz”ə bildirib ki, əsas işlər enişli-yoxuşlu, hərəkətin intensiv olduğu yollarda aparılır. Artıq yollara 15 tona yaxın duz səpilib, proses davam etdirilir. İctimai nəqliyyatın hərəkətində heç bir problem, çətinlik yoxdur, qəza halları qeydə alınmayıb. Müvafiq qurumlarla mütəmadi əlaqə saxlanılır, yollardakı vəziyyət nəzarətdədir.

Elton Cabbarlı