• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1215
— 27.01.2017 16:11

Gəncə və Samuxda yanğın hadisələri qeydə alınıb

KepezTV Player

Gəncənin Cavad Xan qəsəbəsində yanğın hadisəsi baş verib. Yanğın şəhər sakini, 62 yaşlı Bayraməli Abbasovaya məxsus 5 otaqlı, ümumi sahəsi 322 kvmetr olan fərdi yaşayış evində qeydə alınıb. Alovun söndürülməsinə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin 8 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının ətraf tikililərə keçməsinin qarşısı alınır. Hadisə nəticəsində xəsarət alan yoxdur. Yanğına elektrik naqillərində yaranan qısaqapanmanın səbəb olduğu ehtimal edilir.

Samux rayonunun Alabaşlı kəndində yanğın hadisəsi baş verib. Hadisə fərdi təsərrüfatların birində qeydə alınıb. Su çəni laqondayla kəsilən zaman düşən qığılcım təsərrüfat binasının damının alışmasına səbəb olub. Tez bir zamanda sakinlər tərəfindən alovun genişlənməsinin qarşısı alınıb. Əraziyə gələn yanğınsöndürənlər də təhlükəsizliyi təmin ediblər.

Gülnar Fazilqızı