Bu barədə Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko açıqlama verib.
O bildirib ki, turnirin təşkil ediləcəyi məkanlarla bağlı bir neçə variant var: "Mümkündür ki, Birlik Kubokunun yeni məkanı Soçidəki "Fişt" stadionu olsun. Habelə turnirin Azərbaycanda keçirilmə variantı da mövcuddur. AFFA-dakı həmkarlarımızdan həm kommersiya, həm də təşkilati baxımdan çox maraqlı təklif almışıq. Hazırda Azərbaycanda futbola və ümumilikdə idmana maraq çox yüksək səviyyədədir".
Qeyd edək ki, keçmiş SSRİ ölkələri çempionlarının iştirakı ilə “Birlik kuboku” yarışı 1993-cü ildən başlayaraq 2011-ci ilə kimi keçirilib. Sonradan klublar tərəfindən yarışa maraq azaldığından turnirə gənclərdən ibarət milli komandalar qatılıb. Ötən il isə RFİ prezidenti bu yarışın bir daha keçirilməyəcəyini açıqlayıb.
Azad Rəfi
- Baxış: 402