• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1301
— 27.01.2017 13:46

Paytaxt sakinlərini soyan cinayətkarlar saxlanıldı

Sərxoş kişini vurdu, soydu, sonra da öz adını dandı. Yenə oğurluqdan xəbərimiz var. Bir neçə nəfər əlbir olub, paytaxt sakinini soydu. Hətta onların içərisində gördüyü əmələ haqq donu geydirən də tapıldı. Sən demə, pullu insandan pul oğurlamaq düzgündür... Daha bir nəfər isə yaşlı kişinin sərxoşluğundan mənfəət kimi istifadə edib. Amma polis plan cızan bütün dələduzların planını yarımçıq qoyub...

Bakı şəhər sakini Pərvin Əliyev “102” Zəng Mərkəzinə müraciət edərək yanvarın 14-ü gecə saatlarında işdən evə gedən zaman naməlum şəxslərin ona hücum etdiyini və fiziki zor tətbiq etdikdən sonra cibində olan 7000 manat pulu ələ keçirdiklərini bildirib. Bakı Şəhər Baş Polis İdarəsinin Təhükəsiz Şəhər Xidməti və Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Saatlı rayon sakinləri - Tural Ağahüseynov, Surxay Cəfərov, Namiq Aydınov və əvvəllər məhkum olunmuş Rauf Azadov tutulublar. İlkin istintaq zamanı cinayətkarlar törətdikləri əməli etiraf ediblər. Bütün baş verənlərdə günahkar dəstə üzvlərinin hər biri olsa da, əsas şətəl Namiq Aydınovdan keçib. Saxlanılan şəxs "hünərini" danışması azmış kimi, hələ bir pulu çox olan insanlardan oğurluq etməyi də düzgün sayır.

Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də Bakı şəhər sakini Vahid Əmirovun 130 manat pulunu, metro kartını və mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən İsmayıllı rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Məhərrəmov da tutulub. Avtobusla çox da uzağa gedə bilməyən Vüsal polis əməkdaşları tərəfindən yaxalandıqda törətdiyi cinayəti gizlətmək və izi azdırmaq üçün özünü düzgün təqdim etməyib.

Hər iki faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı