• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 796
— 27.01.2017 13:26

Qəzalar daha 4 nəfəri yarımcan etdi

KepezTV Player

Bu dəfə qəza xəbərləri Tovuzdan və Kürdəmirdən gəldi. Yol hərəkəti qaydalarına etinasızlıq daha bir neçə nəfəri xəstəxanalıq edib.

Tovuz rayonunun Əsrik kəndi ərazisində yol qəzası baş verib. Rayon sakini, 25 yaşlı Rasim Rüstəmovun idarə etdiyi “LADA" markalı minik maşını qarşıdan gələn traktorla toqquşub. Hadisə nəticəsində "LADA"da olan sərnişinlər - Elnur Tağıyev, Şəhla Tağıyeva, Şamxal Tağızadə ağır bədən xəsarətləri alıblar. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstələrdən ikisinin vəziyyəti ağırdır.

Kürdəmirdə də xəsarətlə nəticələnən yol qəzası baş verib. Hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Qarasaqqal kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayon sakini, 45 yaşlı Vüqar Məlikovun idarə etdiyi "KİA" markalı minik maşını Ağsu istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb və yol kənarına aşıb. Xəsarət alan sürücü Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktlarla bağlı araşdırma aparılır.

Zülfiyyə Telmanqızı