KepezTV Player
Şabranda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb. Rayonun Mollakamallı kənd sakini Zəhra Rzayeva Şabran Rayon Mərkəzi xəstəxanasına aparılıb. İlkin tibbi yardım göstərildikdən sonra tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilib. 47 yaşlı qadının hamamda çimərkən dəm qazından boğulduğu bildirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 475