KepezTV Player
Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qanlı hadisə baş verib. Kompüter salonu işlədən 25 yaşlı Tanrıverdi Tanrıverdiyev pul üstündə işçisi ilə mübahisə edib. Sonda əsəblərinə hakim kəsilə bilməyən işçi Tanrıverdi Tanrıverdiyevi bıçaqlayaraq, hadisə yerini tərk edib. Yaralı xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub, həkimlər vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. Faktla əlaqədar Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar aparılır.
Vüsalə Camal
- Baxış: 726