Azərbaycan millisinə daha bir futbolçu cəlb olunub. Almaniyalı Renat Dadaşov bundan sonra yığmamızın şərəfini qoruyacaq. Əslən azərbaycanlı olan hücumçu əvvəllər ölkəmizin U-15 yığmasında çıxış edib. Sonra yaşadığı Almaniyanın U-15 millisində oynamağa qərar verən Dadaşov ardınca U-16 və U-17-nin formasını geyinib. Bundestimin aparıcı futbolçusuna çevrilən Dadaşov Azərbaycanda keçirilən Avropa çempionatının final mərhələsində də oynayıb. Bundestimin “9 nömrə”si bu yarışda 3 qol vurub. Bu keçid hazırda Almaniyada top qovan Dadaşovun istəyi əsasında baş tutub. O, Azərbaycan millisində yenidən oynamaq arzusunda olduğunu söyləyib. Buna əsasən AFFA FIFA-ya müraciət ünvanlayıb. Beynəlxalq qurum isə öz növbəsində bu müraciəti müsbət cavablandırıb. Bir neçə gün əvvəl Frankfurt “Ayntraxt”ı ilə müqavilə imzalayan təmsilçimiz klubun U-19 komandasında oynayacaq. Bunadək isə o “Leypsiq”də çıxış edib.
Qeyd edək ki, Renatın qardaşı Rüfət də Azərbaycan millisində oynayıb.
Orxan Cəfərzadə
- Baxış: 279