• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1749
— 27.01.2017 10:55

Futbol üzrə İspaniya kubokunda 1/4 final mərhələsinin cavab oyunları başa çatıb

4-cü yarımfinalçının adına Kamp Nouda baş tutan “Barselona” “Real Sosyedad” görüşündə aydınlıq gəlib. İlk hissədə Denis Suaresin qolu sayəsində fasiləyə üstün yollanan katalonlar 55-ci dəqiqədə Messiylə 11 metrlik cərimə zərbəsindən ikinci topu rəqib qapısından keçirib. Ardınca 62-ci dəqiqədə Xuanmi buraxılan qollardan birinin əvəzini çıxsa da, 1 dəqiqə sonra Luis Suares 2 topluq fərqi bərpa edib. 73-cü dəqiqədə Vilian Joze başıyla fərqlənərək yenidən barsa azarkeşlərinin kefini pozub. Ancaq 2 dəqiqə ərzində Arda Turan və dubl müəllifinə çevrilən Denis Suareslə qonaqları daha iki dəfə mərkəzə dəvət edən Barselona 5:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.

İspaniya Kuboku

1/4 final mərhələsi

27 sentyabr

 “Barselona” – “Real Sosyedad” – 5:2

Qollar: Denis Suares, 17 (1:0), Messi, 55 (2:0), Juanmi, 62 (2:1), Luis Suares, 63 (3:1), Joze, 73 (3:2), Arda Turan, 80 (4:2), Denis Suares, 82 (5:2)


Orxan Cəfərzadə