• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 824
— 27.01.2017 10:53

Beşiktaş növbəti mərhələdə

Futbol üzrə Türkiyə kubokunda qrup mərhələsinə yekun vurulub. Son oyun günündə D qrupunda İstanbul nəhənglərindən Beşiktaş Kayserisporun qonağı olub. Qarşılaşma bir neçə birinciliyi təmin edən qara qartal üçün formal xarater daşıyıb. Güclü qarla müşayiət olunan görüşdə azarkeşlər iki qol izləsə də, qalib müəyyənləşməyib. 22-ci dəqiqədə ağ-qaralardan Sedat Şahintürk uzaq məsafədən gözoxşayan zərbəylə hesabı açıb. Ancaq qonaqların qol sevinci cəmi 3 dəqiqə çəkib. 25-ci dəqiqədə Ərdən Beytaş eyni gözəllikdə qola imza ataraq oyunda son nöqtəni qoyub. Kayserispor 1 Beşiktaş 1. Beləliklə qrup birincisi kimi 1/8 finala vəsiqə qazanan Beşiktaşın rəqibi Fənərbaxça olacaq.

Orxan Cəfərzadə