• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 772
— 27.01.2017 10:03

“Ford Mustang”dan kraş-testlərdə gözlənilməz nəticə

Əfsanəvi “Ford Mustang” Avropanın yeni avtomobilləri qiymətləndirmə proqramının (Euro NCAP) son kraş-testlərindən üzüağ çıxa bilməyib. Ümumilikdə maşın təhlükəsizlik üzrə cəmi iki ulduz qazanıb. “Ford Mustang” daha çox azyaşlılar üçün təhlükəli imiş. Belə ki, testlər zamanı maneken-körpə ciddi xəsarətlər alıb, üstəgəl avtomobilin baza komplektasiyasında aktiv-passiv təhlükəsizlik sistemi faktiki olaraq yoxdur. Bundan başqa model piyadalara görə də az reytinq toplayıb. Sürücü və böyük sərnişinlərə gəldikdə isə burada göstəricilər pis deyil. Bir çoxları “Ford Mustang”ın aşağı reytinq yığacağını gözləmirdi. Ancaq qeyd etmək lazımdır ki, Şimali Amerika bazarının standartlarına görə bu göstəricilər bir qədər yaxşıdır. “Ford” rəsmiləri açıqlamalarında bildiriblər ki, restaylinq olunmuş model standart kompektasiyada “Pre-Collision Assist” və “Lane Keep Assist” köməkçi sistemi əldə edəcək ki, bunun da “Ford Mustang”ın reytinqini qaldıracağı gözlənilir.

Cavanşir Məmmədzadə