• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 986
— 26.01.2017 22:39

Göygöldə qəza olub, iki nəfər yaralanıb

Göygöldə qəza qeydə alınıb. Hadisə rayonun Qızılca kəndi ərazisində baş verib. Daşkəsən rayon sakini 68 yaşlı Eldar İbrahimov idarə etdiyi "VAZ" markalı avtomobillə hərəkətdə olarkən digər nəqliyyat vasitəsi arxadan maşına çırpılıb. Qəza zamanı "VAZ"-ın sürücüsü Eldar İbrahimov və onun həyat yoldaşı 64 yaşlı Naskina İbrahimova müxtəlif bədən xəsarətləri alıblar. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilən yaralılara tibbi yardım göstərilib. Hər iki şəxs ambulator müalicəyə buraxılıb. Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu