“Barselona” Lionel Messi ilə yeni müqavilə imzalamaq barədə razılığa gəlib. Argentinalı hücumçu Kataloniya klubunun illik 40 milyon avro təklifi müsbət cavablandırıb. Başqa klubların da maraqlandığı Messini komandada saxlamaq üçün “Barsa” ona rekord məbləğdə maaş ödəməyə razı olub. Növbəti müqavilənin müddəti 2022-ci ilə kimi nəzərdə tutulub. Cənubi amerikalının “Barselona” ilə hazırkı müqaviləsi 2018-ci ildə başa çatır.
Orxan Cəfərzadə
- Baxış: 297