• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2273
— 26.01.2017 13:22

Qadın voleybolçular arasında Çempionlar Liqasında növbəti oyunlar keçirilib

Azərbaycan çempionu “Azərreyl” Fransada “Sen-Rafael”in qonağı olub. Təmsilçimiz görüşdə 3:1 hesabı ilə qalib gəlib. İlk iki seti rahat qazanan "dəmiryolçular" üçüncü setdə məğlub olsa da, həlledici hissədə rəqibdən güclü olaraq yekunda qələbəsini rəsmiləşdirib.

Qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan digər komandamız “Telekom” isə səfərdə “Modena”yla qarşılaşıb. “Azərreyl”dən fərqli superliqanın gümüş mükafatçısı quru hesabla – 3:0 məğlub olub.

Çempionlar Liqası

IV tur

C qrupu

“Sen-Rafael” (Fransa) - “Azərreyl” (Azərbaycan) - 1:3 (16:25, 21:25, 25:18, 20:25)

Hakimlər: Karol Hepp (Lüksemburq), Pasi Hakkaraynen (Finlandiya)

Frejyus, Jan Fransua Krakovski İdman Sarayı

 

1.

Fənərbaxça (Türkiyə)

3

3

0

9-1

247-284

9

2.

Azərreyl (Azərbaycan)

3

2

1

6-5

133-169

6

3.

Dabrova Qornitsa (Polşa)

3

1

2

5-7

270-270

3

4.

Sen-Rafael (Fransa)

3

0

3

2-9

142-173

0

 

Çempionlar Liqası

III tur

A qrupu

“Modena” (İtaliya) – “Telekom” (Azərbaycan) - 3:0 (25:20, 25:16, 26:24)

Hakimlər: İqor Şimpl (Slovakiya), Andyelko Popoviç (Serbiya)

Modena, Palapanini Sarayı

 

1.

Modena (İtaliya)

3

3

0

9:3

286-257

8

2.

Konelyano (İtaliya)

3

2

1

8:5

283-268

6

3.

Ximik (Polşa)

3

1

2

6:6

254-248

4

4.

Telekom (Azərbaycan)

3

0

3

0:9

182-232

0

 

Orxan Cəfərzadə