• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2307
— 26.01.2017 13:28

Məhşur atletin medalını itirdi

Əfsanəvi atlet Useyn Boltun Olimpiya medalı əlindən alınıb. Yamaykalı sprinterin Pekin-2008-də 400 metr məsafəyə komanda yarışlarında qazandığı çempionluq ləğv edilib.

Beynəlxalq Olimpiya Komitəsinin açıqladığı məlumata əsasən, sözügedən yarışda Boltun komanda yoldaşı Nesta Karter dopinq istifadə edib. Bu səbəbdən də, onunla bərabər bütün komandanın nəticəsi ləğv olunub.

Qeyd edək ki, Bolt ardıcıl olaraq son 3 Olimpiadada 100 metr, 200 metr və 400 metr məsafəyə yarışlarda bütün rəqiblərini geridə qoyub. Bu qərarla isə onun olimpiadalarda qazandığı qızıl medalların sayı 9-dan 8-ə enib.

Orxan Cəfərzadə