Futbol üzrə İspaniya kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirlir. Səfərdə “Selta”nın qonağı olan “Real” meydanda 2:2 hesablı sülh bağlayıb. Danilonun qapıların yerini səhv salaraq komandasın yenik duruma düşürdüyü görüşdə Kriştiano Ronaldo sonradan tablodakı rəqəmləri eyniləşdirib. Sona yaxın viqolular Daniel Vasla yenidən hesabda önə keçsələr də, son dəqiqələrdə Lukas Vazkez paytaxt kollektivini məğlubiyyətdən xilas edib. İlk qarşılaşmada 1:2 uduzan Real iki oyunun nəticəsinə əsasən kubokla vidalaşıb.
Bu mərhələnin Eybar – Atletiko görüşündə də eyni hesab qeydə alınıb. Ximenezlə sükutu pozan madridlilər sonradan qapısında iki top görüb. Ev sahiblərinin heyətində əvvəlcə Sergi Enrik, ardınca isə Pedro Leon diqqətləri üzərinə cəlb edərək Eybarı hesabda irəli çıxarıb. Ancaq məğlubiyyətlə barışmayan qonaqlar görüşün sonuna 5 dəqiqə qalmış Xuanfranla bərabərlik qolunu vurub. İlk oyunda 3:0 qələbə qazanan Atletiko yarımfinala yüksəlib.
İspaniya kuboku
1/4 final mərhələsi
25 yanvar
"Selta" - "Real" - 2:2
Qollar: Danilo, 44 avtoqol, (1:0), Daniel Vas, 85 (2:1) - Ronaldo, 62 (1:1), Lukas Vazkes,(90)
İlk oyun - 2:1
“Eybar” - “Atletiko” 2:2
Qollar: Ximenez, 49 (0:1), Enrik, 73 (1:1), Leon, 81 (2:1), Xuanfran, 85 (2:2)
İlk oyun - 0:3
Orxan Cəfərzadə
- Baxış: 324