Futbol üzrə Türkiyə kubokunun qrup mərhələsində növbəti oyunlar baş tutub. C qrupunda mübarizə aparan Fənərbaxça doğma meydanda Amed Sportif komandasını sınağa çəkib. Meydan sahibləri görüşdə 3 cavabsız qolla qalib gəlib. Oyuna sürətli start verən İstanbul nəhəngi 8-ci dəqiqədə Salih Uçanın fərqlənməsiylə yerli azarkeşləri ayağa qaldırıb. Sarı bülbüllər 37 və 44-cü dəqiqələrdə Robin van Persiylə rəqibi daha iki dəfə mərkəzə dəvət edərək ilk hissədəcə oyunun taleyini həll edib. Bu qələbəylə aktivindəki xalların sayını 11-ə çatdıran fənər qrupu ikinci sırada başa vuraraq növbəti mərhələyə vəsiqə qazanıb.
Orxan Cəfərzadə
- Baxış: 582