• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1454
— 26.01.2017 13:23

Avtomobil ustası başqasının maşınını oğurladı

KepezTV Player

Xaçmazda avtomobil oğurlayan şəxs saxlanılıb. Əvvəllər məhkumluq həyatı yaşayan şəxs avtomobil ustası kimi çalışıb.

Xaçmazın Ağyazı buduq kənd sakini Rahib Qurbanov rayon polis şöbəsinə “VAZ 21 011” markalı avtobilinin oğurlanması haqqında ərizə ilə müraciət edib. O, maşınını təmir üçün Armudpadar kəndindəki sexlərdən birinə verib. Yanvarın 11-dən 12-nə keçən gecə sexin qapısı sındırılaraq  avtomobil oğurlanıb. Aparılan əməliyyat tədbirləri nəticəsində hadisənin Qusarçay kənd sakini, 33 yaşlı Ələnur Zülfüqarov tərəfindən törədildiyi müəyyənləşib. O, avtomobili sexdən gecə saatlarında oğurlayıb. 
Saxlanılan Ələnur Zülfüqarov özü avtomobil ustası kimi çalışır. Onun Qusarçaydakı yaşadığı evin qarajına baxış keçirilərkən oğurlanan “VAZ 21 011” marakalı avtomobil aşkar edilib. Saxlanılan şəxs oğurladığı nəqliyyat vasitəsinin bəzi hissələrini özünə məxsus eyni markalı avtomobilə yerləşdirib. 
Faktla bağlı Xaçmaz rayon polis şöbəsində cinayət işi açılıb. Günahı sübuta yetirilərsə Ələnur Babayevi 3 ildən 7 ilədək həbs cəzası gözləyir. 
 

Vüsalə Camal