Tələskənlik, ani diqqətsizlik yenə kimlərisə sağlamlığından etdi, avtomobillərə ziyan dəydi. Günümüzün ənənəvi hadisəsinə çevrilən qəzalar barədə təəssüf ki, yenə də xəbərimiz var.
Yol qəzalarından biri Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Xaçmazın Qaradağbuduq kəndi ərazisindən keçən hissəsində baş verib. Çarxı kənd sakini, 27 yaşlı Hüseyn Nöhbalayev idarə etdiyi “Lada Priora” markalı avtomobillə yolu keçmək istəyən 9-cu sinif şagirdi Cəlal Səfərovu vurub. Xəsarət alan məktəbli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Qazax rayonunda da yol-nəqliyyat hadisəsi baş verib. “Mercedes” və “VAZ 21 07” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ 21 07” markalı maşında olan Qazaxın Xanlıqlar kənd sakinləri, 29 yaşlı Amil Hüseynov və 28 yaşlı Tural Hüseynov yaralanıblar. Şəxslər Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Onlara lazımi tibbi yardım göstərilib, vəziyyətləri normal qiymətləndirilir. Faktlarla bağlı araşdırma aparılır.
Vüsalə Camal
- Baxış: 506