Çexlər yenilənmiş “Skoda Octavia” avtomobilinin sifarişlərini qəbul etməyə başlayıblar. Avtomobili liftbek və universal banlarda əldə etmək olar. Qiymətlər isə təxminən 16 000 - 20 500 dollar arasında dəyişir. Alıcılar “Ambition”, “Style”, “Active” komplektasiyalarından birini seçə bilərlər. Yenilənmiş versiya təzələnmiş ön hissə ilə təmin olunsa da, ölçülərində dəyişiklik yoxdur. Yeniliklər arasında LED optika və “Superb” stilində radiator barmaqlığı da var. Salonda yeni 9,2 düymlük sensor ekranı olan əyləncəli informasiya sistemi peyda olub. Bu sistem “Apple CarPlay” və “Android Auto” funksiyalarını dəstəkləyir. Octavia hətta yeni təhlükəsizlik sistemiləri, o cümlədən piyadaları müəyyən edən funksiya və parkinq assistenti də qazanıb.
Cavanşir Məmmədzadə
- Baxış: 524