• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2363
— 26.01.2017 06:37

Gəncədə ev yanıb, sahibi dünyasını dəyişib

KepezTV Player

Bədbəxt hadisə şəhərin Nizami prospekti, 9 döngə, dalan 1, ev 5-də qeydə alınıb. Arif Sultanova məxsus ümumi sahəsi 98 m2 olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı ev sahibi evdə olub və 55 yaşlı kişi yanaraq dünyasını dəyişib. Hadisə yerinə Gəncə şəhər Dövlət Yanğından Mühafzə İdarəsini Yanğınsöndürənləri cəlb olunub. Yanğın saat 01:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Xaliq Qurbanlı