Özü də gənc yazar Mətanət Qüdsinin təşəbbüsü ilə. Gənclərin ədəbiyyata artan marağı, yazarlar arasında gənc nəslin nümayəndələrinin artan çəkisi, regionun timsalında onların formalaşdırdığı ədəbi mühit təqdir edilib. Bu müstəvidə Mətanət Qüdsinin şerlərində, işıq üzü görən "Kəpənəyin saldığı yol" kitabında çətinliklərə baxmayaraq sevən bir qəlbin acılı-şirinli duyğularını özünəməxsus poetik səmiyyətlə oxucuya çatdırmasına diqqət çəkilib. Şerlərində zərif qadın ürəyinin kövrək və təravətli notlarının cəmləşdiyi vurğulanıb.
Mətanət Qüdsi- gənc yazar: “Bugünkü tədbirin əsas məqsədi Şəmkirdə ədəbi mühit yaratmaqdır, yeni gənc yazarlara stimul verməkdir. Çoxdan belə bir ideyam var idi. Ancaq ilk işim olduğu üçün, o qədər də risk etmirdim. Ancaq sağ olsunlar, böyük yazarlarımız və Şəmkir Heydər Əliyev mərkəzinin dəstəyi ilə bu tədbiri reallaşdıra bildik”.
Natiq Hüseyn
- Baxış: 495