Futbol üzrə Fransa liqa kubokunda ilk finalçının adına aydınlıq gəlib. Yarımfinal qarşılaşmasında Bordoyla üz-üzə gələn Paris sen Jermen 4:1 qalib gəlməklə finala çıxıb. Hesab görüşün 19-cu dəqiqəsində açılıb. Paytaxt kollektivindən Anxel Di Maria cərimə zərbəsindən baxımlı zərbəylə tablonu işə salıb. 32-ci dəqiqədə oyunda tarazlıq yaranıb. Dieqo Rolan bordoluların bərabərlik qolunu vurub. İkinci hissədə daha fəal təsir bağışlayan PSJ 60 və 74-cü dəqiqələrdə Edinson Kavaninin vurduğu qollarla hesabı xeyrinə dəyişib. Sona yaxın komanda yoldaşından geri qalmayan Di Maria da dubl edərək parislilərin qələbəsini rəsmiləşdirib.
Orxan Cəfərzadə
- Baxış: 327