• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1593
— 25.01.2017 13:06

İtaliya kubokunda ilk yarımfinalçı bəlli olub

Napoli və Fiorentina komandalarının duelində neapollular 71-ci dəqiqədə Kalexonun yeganə qolu sayəsində qələbəni bayram edib. Qarşılaşmanın sonu gərginliyi ilə yadda qalıb. 90-cı dəqiqədə Napolinin heyətində Əlseid Xusay, görüşün əsas vaxtına əlavə olunan 4-cü dəqiqədə isə Maksimiliano Olivera qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub. Yekunda minimal hesabla qalib gələn Napoli yarımfinala vəsiqə əldə edib. Bu mərhələdə Neapol təmsilçi Milan - Yuventus cütünün qalibi ilə qarşılaşacaq.

Orxan Cəfərzadə