• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 933
— 25.01.2017 12:58

Bibisini bıçaqlayaraq xəstəxanalıq etdi

KepezTV Player

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. Əlövsət Quliyev küçəsində yaşayan 61 yaşlı Səltənət Rzayeva ilə qardaşının oğlu arasında mübahisə düşüb. Mübahisə zamanı əsəblərini cilovlaya bilməyən şəxs bibisinin sifət nahiyəsinə bıçaqla bir neçə xəsarət yetirib, daha sonra hadisə yerini tərk edib. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Hadisə barədə Nəsimi Rayon Polis İdarəsi 22-ci polis bölməsinə məlumat verilib. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalara başlanılıb.

Zülfiyyə Telmanqızı